Ölkə futbolu

“Böyük oyun”: “Rəhim Həsənovun səhvlərini qabartmışdıq”

Bazar günü baş tutacaq "Xəzər Lənkəran" –  "Neftçi" matçının baş hakimi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, prinsipial matç Rəhim Həsənova tapşırılıb.

Bu mövsüm iki dəfə Həsənov "Neftçi"nin oyunlarını idarə edib və hər ikisində "ağ-qaralar" yenilib – "Xəzər Lənkəran 1:2 (Superkubok), "İnter" 1:2.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza verdiyi açıqlamada Həsənovun "İnter"lə oyunda buraxdığı səhvləri Lənkəran səfərində təkrarlamayacağına ümid etdiyini bildirib:

"Bizim üçün hakimin kim olmasının fərqi yoxdu. Hakimlərə cavabdehlik daşıyan AFFA hakimlər Komitəsi var. Biz komandamızın oyununa cavabdehlik daşıyırıq. Düzdü, Rəhim bizim "İnter"lə oyunda kobud səhvlər etmişdi və bunu qabartmışdıq. Həmin oyunda "İnter"in iki oyunçusunda qırmızı vermək əvəzinə, Flavinyonu meydandan qovmuşdu. İnanırıq ki, bu dəfə Rəhim daha gözəl oyun idarə edər və iki əzəli rəqib arasındakı matç hakimlik baxımından yüksək səviyyədə keçəcək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43