Ölkə futbolu

“Böyük oyun”: “Xəzər Lənkəran”ın 3 futbolçusu “Neftçi”yə qarşı oynamayacaq – RƏSMİ

Premyer Liqanın 28-ci turu çərçivəsində martın 29-da baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” arasındakı böyük oyunda Cənub klubunun 3 əsas heyət üzvü çıxış edə bilməyəcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “ağ-yaşıllar”ın zədəli futbolçuları, Tiaqo, Sakkoni və Tural Cəlilov zədə səbəbindən “Böyük oyun”da iştrak edə bilməyəcəklər.

Digər yüngül zədəsi olan futboçular isə “Neftçi”ylə derbidə forma geyinəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43