Son matçda penaltini dəf edən Orxan Sadıqlı “Xəzər Lənkəran”da yeni rekord müəyyənləşdirib.
İdmanxeber.com-un məlumatına görə, qapısına təyin olunan 14 belə zərbədən 11-ni buraxan qolkiper 3 dəfə penaltini zərəsizləşdirən ilk qapıçı olub.
Xatırladaq ki, “Xəzər Lənkəran”ın keçmiş qolkiperləri Kamran Ağayev və Dmitri Kramarenkonun hərəsinin hesabında 2 buraxılmayan penalti var.