“Başqa komandalar da çıxış edəndə “Neftçi” – “Xəzər Lənkəran” arasındakı matçların ab-havası necə olur maraqlı gəlirdi mənə. İndi özüm artıq “Xəzər Lənkəran”ın futbolçusuyam. İndi daha yaxşı başa düşürəm ki, bu oyun futbolçu üçün də, azarkeş üçün də nə dərəcədə əhəmiyyətlidi. Ona görə də oyuna çox ciddi hazırlaşmışıq. “Böyük oyun”dan maksimum nəticə ilə ayrılmağı düşünürük”.
Bu sözləri İdmanxeber.com-a “Xəzər Lənkəran”ın futbolçusu Orxan Səfiyaroğlu deyib.
Cənub klubunun qışda heyətinə qatdığı futbolçu daha sonra sözlərinə belə davam edib:
“Hazirkı durumda komanda fiziki cəhətdən bəzi klublardan biraz geri qala bilər. Ancaq istək olandan sonra meydançada o da hiss olunmayacaq”.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu fevralın 13-də keçiriləcək.