11 Yanvar 2025
Kateqoriyasız

Böyükağa Hacıyev: “Bütün futbolçuların və mənim gələcək reytinqim sabahkı oyundan çox asıldır”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Partizan”la keçiriləcək cavab matçı öncəsi təşkil olunmuş mətbuat konfransında  “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Hacıyev bu fikirləri səsləndirib:

“Sabah “Neftçi” bəlkə də tarixində ikinci vacib oyununa çıxacaq. “Partizan” olduqca yaxşı komandadır. Çox təəssüflər olsun ki, hərdən mətbuatdan oxuyurduq ki, “Partizan”ın maliyyə problemi var. Ancaq bu gün “Partizan”ın çarter reysi ilə Bakıya uçmağı hər şeydən xəbər verir. İlk görüşdə “Partizan”a oyunu hədiyyəetdik. Fikir verin, bir oyunda dörd qol vurduq, ancaq uduzduq.  Sabah həmin səhvlərə yol verməyəcəyəik. Karlos Kardozo ilk oyundakı boşluqların olmasına imkan verməyəcək. Komandamız çox ciddi hazırlaşır. Sabah azarkeşlərdən böyük dəstək gözləyirəm. İnanıram ki, “Neftçi”sevərlər bizi layiqincə dəstəkləyəcək.

Hər bir məşqçi rəqibi analiz edəndə  boşluqları axtarır. Bilirdik ki, “Partizan”ın hansı çatışmazlıqları var. Deniz Silva bundan istifadə etdi. Serbiyadan qayıdtıqdan sonra həmin oyuna 5-6 dəfə baxmışam. Əgər qapıçımız bir qədər inamlı oynasaydı, nəticə tam fərqli olacaqdı. Əmin olun ki, ilk oyunu tam analiz etmişik. Bu axşam futbolçularımızın hamısının səhvini üzlərinə deyəcəm.

Bütün futbolçuların və mənim gələcək reytinqim sabahkı oyundan çox asıldır. Mən indi taktika açıqlamaq istəmirəm. Ancaq sabah meydana iki hücumçu ilə də çıxa bilərik. Çalışacaqğıq ki, sabah yeni bir taktika ilə oynayaq. Gəlin sabaha qədər gözləyək. “Neftçi” elə bir komandadır ki, bütün futbolçuları qol  vurur. Nfor “Çixura”ya 3 qol vurdu. Yəni bizdən hər şey gözləyin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43