14 Yanvar 2025
Kateqoriyasız

Böyükağa Hacıyev: “Fikirləşirdim ki, yəqin getmək vaxtıdır”

Avroliqanın ikinci təsnifat mərhələsində "Koper"ə 1-2 hesabı ilə məğlub olan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev mətbuatın suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi mərhələ keçsələr belə klubda qalmayacağını söyləyib.Hacıyevin açıqlamasını sizə təqdim edirik:

 

-Sizcə, istefa şüarları sizə ünvanlanmışdı?

– Hər şeyə cavabdeh mənəm. Azarkeşləri qınamıram. Yəqin ki, onlar təzə nəfəs istəyir.

– Oyundan sonra paltardəyişmə otağına gec yollandınız, istefa haqda düşünürdünüz?

– Fikirləşirdim ki, yəqin getmək vaxtıdır. İstefa vermək kişilik əlamətidir. Mərhələ keçsək də, istefa verəcəm. Həmişə cəzamı çəkməyə hazıram.  Hər ailədə olduğu kimi “Neftçi”də müəyyən problemlər var. İndiyə qədər “Neftçi”də beş nəticə vermişəm. Bunu reklam üçün demirəm. Təəəssüf ki, ilk məğlubiyyətsizliyə görə, istefa şüarları eşitdim. Mən də işsiz qalmayacağam. Təkliflər var, yəqin ki, karyeramı davam etdirəcəyəm. Şedevr əsərimi yazmamış futboldan getməyəcəm.

-Komandanı  hazırlamaq üçün niyə vaxtınız olmadı?

– Cibində pulun olmasa, maşın ala bilərsən? Bu gün əlimdə olan materialdan istifadə edirəm. Demirəm ki, futbolçularımız pisdir. Onların yaxşı oynaya bilməməsində də günahkar mənəm.

– Nazim Süleymanovla sizin nə fərqiniz oldu?

– Mən məşqçiyəm, alverçi deyiləm. Burada çox şeyi danışmaq istəmirəm. Məğlubiyyəti faciəyə çevirməyin. Həmən Böyükağa Hacıyevəm ki, komandam “Apoel”ə səfərdə 3 qol vurdu.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43