Premyer Liqanın 23-cü turunda "Neftçi" səfərdə "Sumqayıt"a məğlub oldu – 2:0. Qonaq komandanın baş məşqçisi Böyükağa Hacıyevin oyun haqda fikirləri ilə sizi tanış edirik:
“0-2 hesabı ilə məğıub olduq. Günah məndədir, bir sıra səhvlərə yol verdim. Rəqibin “Simurq”la oyununu analiz etmişdim, “Neftçi”yə qarşı komandalar başqa cür köklənir. Qarşıda “Qarabağ”la keçiriəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik”. (PFL)