Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya “Koper”ini səfərdə məğlub edərək, III təsnifata vəsiqə qazanan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev istefa verməyəcək.
İdmanxeber.com-a müsahibə verən təcrübəli mütəxəssis Bakıda Sloveniyada hansı hesabın qeydə alınacağından asılı olmayaraq istefa verəcəyi ilə bağlı verdiyi vədinə niyə əməl etməyəcəyini bu formada izah edib:
“Mən fikir verirəm ki, çoxları mənim istefamı gözləyir. Mən gedəcəm hansısa tör-töküntü gələcək xaricdən yerimə. Niyə getməliyəm ki? Mən Bakıdakı mətbuat konfransında əsəbi olmuşam və ona görə də istefa verəcəyimi demişdim”.