20 Fevral 2025
Kateqoriyasız

Böyükağa Hacıyev istefasının səbəbini açıqladı: “Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim”

Bu gün “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib. 

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”-nin prezidenti öz növbəsində onun istefasını qəbul edib. Klub Böyükağa Hacıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Təcrübəli mütəxəssis istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: 

“Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43