"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev yenə özünəməxsus açıqlamaları ilə gündəmə gəlib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu gün "Qarabağ"la oyunöncəsi keçirilən mətbuat konfransında bu mövsüm çempion olmayacağı təqdirdə nəinki "Neftçi"dən gedəcəyini, hətta ölkəni tərk edəcəyini deyib:
"Çempion olmasam “Neftçi”dən gedəcəyəm. Ölkəni tərk edəcəyəm".