29 Sentyabr 2024
Kateqoriyasız

Böyükağa Hacıyev: “Partizan” ciddi rəqibdir”

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasında pley-off mərhələsinin püşkünün nəticəsini dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis “Partizan” (Serbiya) klubunun ciddi rəqib olduğunu bildirib.

“Pley-off mərhələsində asan rəqib olmur. Buna görə də rəqibin kimliyinin elə bir önəmi yoxdur. “Partizan”a gəlincə, tanış rəqibdir. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsində iki dəfə qarşılaşmışıq və məğlub olmamışıq. “Partizan” ciddi rəqibdir, bu komandaya hörmətlə yanaşırıq. Ümumiyyətlə, Serbiya futbolunun gücündən hamının xəbəri var. İlk oyunun avqustun 21-də keçiriləcəyini nəzərə alsaq, daha yaxşı hazırlaşmağa vaxtımız var. İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Neftçi” 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Partizan”la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı – 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43