28 Fevral 2024
Premyer Liqa

Böyükağa Hacıyev qisas dedi: “Syominə can borcum var, mayın 22-də qaytarar”

“Məğlub olduq. Qarşıda ölkə kubokunun final oyunu var. Əsas heyətin yarısının olmamasını bəhanə etməyəcəm. Çox istəyən azdan da olar. Əsas odur ki, kubokun finalında qalib gələk. Syominə can borcum var, mayın 22-də qaytarar”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Qəbələ”yə məğlubiyyətdən sonra deyib.

Paytaxt klubunun çalışdırıcısı yenilgidə özünü günahkar saydığını bildirib:

“Gəncləri meydana buraxdım, bundan sonra oyunun ritmi pozuldu. Amma günahkar gənclər yox, mənəm. Mövsümün sonunda futbolçularda motivasiya çatışmır”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43