Kateqoriyasız

Böyükağa Hacıyev: “Rəvan”ı keçməmək mənim üçün faciə sayılacaq”

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev kubokun yarımfinal mərhələsinin ilk görüşündə heç-heçə etdikləri “Rəvan”la matçı şərh edib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun çalışdırıcısı finala yüksələcələrini bildirib:

“Gərgin oyun yox idi. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Kubok iki oyundan ibarətdir. Cavab oyununda bütün suallara aydınlıq gətirəcəyik. Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq “Neftçi” qələbəyə oynayacaq. Erik Ramosun yoxluğunu əvəz edə bilmədik. “Rəvan” cavab oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5 hücumçu ilə oynayacam. Komandanın fiziki hazırlığına ispaniyalı məşqçi cavabdehdir. Komandada arxayınlıq var idi, klub daxilində bu məsələni müzakirə edəcəyik. Cavid İmamverdiyev təkbətək epizodda fərqlənə bilmədi. Bir hücumçu ilə qalmışıq. Rauf Cabbarovun hakimlik etməsinə “Rəvan” etiraz edirdi. Amma Rauf Cabbarov elə “Rəvan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi. Hakimlikdən nə qədər danışacağıq? Ən yaxşısı – susmaqdır. “Rəvan”ı keçməmək mənim üçün faciə sayılacaq. Azərbaycan kubokunun finalına çıxmalıyıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43