09 Yanvar 2025
Kateqoriyasız

Böyükağa Hacıyev söz vermədi: “Bu yaşımda əqidə dəyişə bilmərəm”

“Neftçi”ni çalışmışıq ki, sabahkı oyuna tam hazır edək. Biz rəqibi yaxşı araşdırmışıq. Keçən ilki səhvi təkrarlmaq itəmirik. “Skenderbeu” yenilgisini unutmamışıq. “Koper”i yaxşı analiz etmişik. Onlar standart vəziyyətlərdə daha yaxşı oynayırlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Paytaxt klubunun çalışdırıcısı ötən il etdikləri səhvi təkrarlamayacaqlarını bildirib:

“Vobay da artıq bizə qoşulub və sabah oyunu başqa mövqedə görəcəksiniz. Mənə elə gəlir ki, keçən ilki problem qalmayıb. “Neftçi” stabil komandadı”.

Çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

Əgər oyunda görsək ki, Flavinyonu meydanda bağlayıblarsa Araz üzərinə götürəcək. Yox, əgər Arazı da bağlayıblarsa digər futbolçu…

Bu gün Azərbaycan klublarına düşən rəqiblər arasında ən çətini elə “Koper”di. “İnter”in, “Qarbağ”ın da rəqibləri ilə tanış olmuşuq. Ən çətini bu Sloveniya komandasıdı. hər hansı uğursuzluq olacaqsa bunun günahı məndə olacaq. Mən bu yaşımda əqidə dəyişə bilmərəm. Həmişəki kimi nə uğursuzluq olacaqsa məsuliyyəti üzərimə götürəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43