"Bu gün bizim imkanımız var Nfor kimi futbolçu alırıq. Sizin imkanınız olsaydı, siz də alardınız. "Çixura" çox gec ayıldı və açıq futbol getdi. Futbolçularımız əlinə düşən imkanları istifadə etsəydilər hesab 5:1, 6:1 olacaqdı".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Çalışdırıcı "Çixura" üzərində qələbəni şərh edərkən daha sonra sözlərinə belə davam edib:
"Çixura" hesab 1:3 olanda başladı oynamağa, onda da gec idi. Allah şahiddi ki, Azərbaycanda işləyən gürcü məşqçilər belə mənimlə bacarmırlar".
Vüsal Mirzəyev
Gürcüstan, Tiflis