27 Fevral 2024
Ölkə futbolu

Böyükağa Hacıyevdən növbəti atmaca: “Neftçi”nin Avropada göstərdiyi nəticəni təkrar etsələr…”

“Bu gün bir-birinə layiq iki komanda mübarizə aparırdı. Heyətimizdə bir neçə futbolçu yox idi. Fikrimcə, heç-heçəlik oyun idi, qol epizodları çox olmadı. Rəqib qapıçının cərimə meydançasından kənarda oynamasına və Reynaldonun ilk dəqiqələrdəki hərəkətinə qırmızı vərəqə verilməli idi. Yəqin ki, “Qarabağ” bu il çempion olacaq, onlara uğurlar arzulayıram. “Neftçi”nin Avropada göstərdiyi nəticəni təkrar etsələr biz də sevinərik”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

“Qarabağ”la heç-heçə edən paytaxt klubu bununlada çempionlkuq şansını demək olar ki, itirib. “Ağ-qaralar”ın çalışdırıcısı qazanılan bir xalı ədalətli sayır:

“Gənc futbolçularımız çoxdur, çəkinmədən onlara şans veririk. İstədiyimiz an, istədiyimiz rəqibə sübut edərik ki, biz varıq. Məşqçi kimi mənim səhvlərim olub. “Qarabağ”da seleksiya işləri yüksək səviyyədədir. “Qarabağ” bu cür heyətlə qrup mərhələsinə düşməyəcəksə, bəs nə vaxt düşəcək?”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43