Dünya futbolu

“Braqa” təcrübəli yarımmüdafiəçisinin müqaviləsini uzadıb

“Braqa” Joao Moutinyonun müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya klubu təcrübəli yarımmüdafiəçisiylə 2025-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb.

Moutinyo ötən ilin yayında azad agent kimi “Braqa”ya qoşulub. O, bu mövsüm bütün turnirlərdə 33 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43