Dünya futbolu

“Braqa”nın baş məşqçisi: “Qarabağ”ın keyfiyyətini nəzərə alsaq, onları keçə bilərdik”

“Braqa”nın baş məşqçisi Artur Jorje bu gün Portuqaliya çempionatının 23-cü turunda “Boavişta” ilə qarşılaşacaqları oyun haqda danışarkən, “Qarabağ”la Avropa Liqasının pley-off mərhələsində keçirdikləri matça da (2:4, 3:2) toxunub.

İdmanxeber.az məlumat verir ki, “Record”a danışan portuqaliyalı məşqçi həmin görüşləri bu cür xatırlayıb:

“Azərbaycan səfərinin komandaya fiziki təsiri? Həqiqət budur ki, Bakıya səyahət futbolçuların məşq zamanı fiziki vəziyyətinə təsir edir. “Qarabağ”ın keyfiyyətini nəzərə alsaq, onları keçə bilərdik. Bu, “Braqa” tarixinin ən pis kvalifikasiyalarından biri idi? Xeyr”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43