Dünya futbolu

“Braqa”nın hücumçusu İspaniya klubunda

Portuqaliyanın “Braqa” klubunun hücumçusu Abel Ruis “Jirona”ya keçib

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı ispaniyalı ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı transferin məbləğini 9 milyon avro qiymətləndirib.

Ruis 2020-ci ildən “Braqa”da çıxış edir. Ötən mövsüm hücumçu 48 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43