Braziliya millisi baş məşqçi Fernando Dinizin vəzifəsinə son verib.
İdmanxeber.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis “yaşıllar”ın baş məşqçisi kimi çıxdığı 6 oyunun üçündə məğlub olub.
Diniz milliylə eyni anda “Fluminense”ni də çalışdırmağa davam edirdi. O, ötən il Braziliya klubunu Libertadores çempionu etməyi bacarıb.