Dünya futbolu

Braziliya millisində ciddi itki – Amerika Kubokunu buraxacaq

“Mançester Siti”nin qapıçısı Ederson Braziliya millisinə kömək edə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, qolkiper Premyer Liqanın sonuncu turunda “Tottenhem”lə görüşdə zədələnib. Bu səbəbdən də o, Amerika Kubokunda yığmanın qapısını qoruya bilməyəcək.

Qeyd edək ki, ABŞ-ın ev sahibliyi edəcəyi turnir iyunun 20-dən iyulun 14-dək keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43