“Mançester Siti”nin qapıçısı Ederson Braziliya millisinə kömək edə bilməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, qolkiper Premyer Liqanın sonuncu turunda “Tottenhem”lə görüşdə zədələnib. Bu səbəbdən də o, Amerika Kubokunda yığmanın qapısını qoruya bilməyəcək.
Qeyd edək ki, ABŞ-ın ev sahibliyi edəcəyi turnir iyunun 20-dən iyulun 14-dək keçiriləcək.