Qətərdə keçirilən dünya çempionatında ilk matçında Serbiyanı 2 cavabsız qolla məğlub edən Braziliya millisinin aparıcı üzvü Neymar zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, ayağından zədə alan “sambaçı” matçın ikinci hissəsində əvəzlənib. Onun növbəti matçlarda komandasına kömək edib-etməyəcəyi həkim müayinəsindən sonra bilinəcək.