24 Noyabr 2024
Dünya futbolu

Braziliya millisinin müdafiəçisi zədələndi

“Real”ın müdafiəçisi Eder Militao zədə səbəbindən Braziliya yığmasının 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşləri buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu sol budundan zədə alıb və millinin Çili (11 oktyabr) və Peru (16 oktyabr) ilə oyunlarında iştirak edə bilməyəcək. Müdafiəçinin nə zaman sağalacağı bəlli deyil.

2024/25 mövsümündə Militao bütün turnirlərdə “Real”ın12 matçında iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43