Dünya çempionatının startına az qalmış Braziliyada təhlükəsizlik xidməti yüksək təşkil olunsa da, xoşagəlməz olayların qarşısını almaq hər an baş tutmur.
İdmanxeber.com-un məlumatına görə, Bosniya və Hersoqovina millisinin məşqçilər korpusu komandanın bazası ətrafında – San-Paulo yaxınlığındakı Quaraxedə gəzintiyə çıxıblar. Bu zaman onları üç silahlı şəxs izləyib. Bundan xəbər tutan polis bosniyalılara qarşı hücumun qarşısını alıb. Ancaq naməlum şəxsləri tutmaq mümkün olmayıb.
Daha sonra məşqçilər korpusu millinin məskunlaşdığı otelə qayıdıblar.