Braziliyanın San Paulo şəhərində 2014 dünya çempionatı üçün inşa edilən stadionlardan biri çöküb.
DÇ üçün siyahıya salınan 12 stadiondan biri olan “İtequerao” arenasının çökməsi nəticəsində 3 nəfər həyatını itirib.
Hal-hazırda stadionun tikintisi müvəqqəti olaraq dayandırılıb.
Məlumat üçün deyək ki, FİFA-nın göstərişinə görə, arenanın tikintisi il sonunda bitməlidir.