29 Sentyabr 2024
Dünyadan

Braziliyada keçiriləcək dünya çempionatında bu ulduz futbolçunu görməyəcəyik

Almaniya milli komandasının və Dortmund “Borussiya”sının ulduz futbolçusu İlkay Gündoğan Braziliyada keçiriləcək dünya çempionatda iştirak edə bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, Dortmund klubunun türkəsilli futbolçusunun bir müddətdir ki, aldığı zədə hələ də sağalmayıb və onun Braziliyada keçiriləcək mundialda oynamayacağı dəqiqləşib. 

Gündoğanın hansı müddətə yaşıl meydanlara dönəcəyi qeyri-müəyyən olaraq qalır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43