06 Noyabr 2024
Ölkə futbolu

Braziliyalı futbolçu bölgə klubu üçün Azərbaycana gəlir – SON DƏQİQƏ!

“Kəpəz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu braziliyalı yarımmüdafiəçi Markolino Kevertonla anlaşıb. 23 yaşlı futbolçu sabah komandanın düşərgəsində olacaq.

Keverton son olaraq ölkəsində çıxış edib. Futbolçunun son klubu “Hercilo Lus” olub. Yarımmüdafiəçi karyerası ərzində yalnız ölkəsində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43