Misli Premyer Liqasında 23-cü turunun açılış matçında hazırda “Zirə” səfərdə “Sumqayıt”la qarşılaşır və qalib durumdadı.
İdmanxeber.az-ın məlumatına görə, “qartallar”ın heyətində Rafael Utziq görüşün 14-cü dəqiqəsində hesabı açıb.
Braziliyalı futbolçunun bu qolu “Zirə” üçün əlamətdar olub. Belə ki, Utziq qəsəbə təmsilçisinin Azərbaycan çempionatları tarixində 150-ci səfər qolunu vurmuş olub.
Hazırda oyunda birinci hissə oynanılır və hesab qonaqların xeyrinədi – 1:0.