Braziliyalı model Bruna Biankardi Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbolçusu Neymarla artıq münasibətinin olmadığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabından paylaşım edb: “Hazırda heç kimlə münasibətim yoxdur. Biz Mevinin valideynləriyik və bizi birləşdirən də budur”.
Oktyabrın 7-də cütlüyün bir qızı olub. 31 yaşlı futbolçunun keçmiş sevgilisi Karolina Dantasdan bir oğlu da var.