04 Fevral 2025
Dünya futbolu

Braziliyalı Premyer Liqaya qayıdır

Braziliyalı yarımmüdafiəçi Villian karyerasını Premyer Liqada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Fulhem”lə müqavilə bağlayıb. Yarımmüdafiəçi “Olimpiakos”dan ayrıldıqdan sonra azad agent statusundadı.

Daha əvvəl 36 yaşlı braziliyalı 2022-2024-cü illərdə bu klubda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43