10 İyun 2026
Ölkə futbolu

Braziliyalı şərt qoydu, “Zirə” məbləği artırdı, müqavilə bağlandı 

“Zirə”nin müdafiəçisi Ruan Renato ilə müqavilə uzatdığından xəbərdarsınız.

Qəsəbə təmsilçisi braziliyalı oyunçuyla iki illik sözləşmə imzalayıb. Ruan 2027-ci ilə qədər “Zirə”də çıxış edəcək.

Yeni müqavilədə oyunçunun maaşı da artırılıb. Təklifləri olan müdafiəçi “Zirə” ilə əvvəlki şərtlərlə sözləşmə imzalamaq istəməyib. O, əks təqdirdə klubda qalmayacağını bildirib.

Bu səbəbdən də rəhbərlik ona yüksək məbləğdə maaş təklif etməyə məcbur qalıb. Braziliyalı uzun danışıqların ardından ayda 30 min dollar maaşa “Zirə” ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43