Braziliya millisinin və "İnter"in sabiq futbolçusu Adriano Leito Ribeyro formasını geyindiyi "Atletiko Paranense"dən ayrılıb.
İdmanxeber.com-un məlumatına görə, daha çox şəxsi həyatı ilə gündəmə gələn məşhur hücumçu futbolu buraxdıqdan 2 il sonra yenidən yaşıl meydanlara geri dönmüşdü. 32 yaşlı futbolçu üçün "Atletiko Paranense" son klubu son iş yeri oldu desək bəlkə də yanılmarıq. Məsələ burasındadır ki, hücumçu bu komandanın heyətində cəmi 5 oyunda meydana çıxıb.
Əvvəlki formasından qat-qat geri qalan Adrianonun bu komandadan qovulmasının səbəbi Paranense təmsilçisinin Libertadores kubokunda mübarizəni dayandırqıdan sonra iki məşqə gəlməməsi olub.