“Qarabağ”ın futbolçuları – Riçard Almeyda, Julio Romao və “Zirə”nin üzvu Filipe Paxtman Braziliya millisinin Qətərdə keçirilən dünya çempionatındakı ilk matçını birlikdə izləyiblər.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçular ölkələrinin Serbiya üzərindəki qələbəsinə birlikdə şahidlik edib, sevinclərini sosial şəbəkələrdə bölüşüblər.