“İlk oyundakı heç-heçəni yaxşı nəticə hesab edirəm. Bakıdakı görüşdə yaxşı oynadıq. Növbəti mərhələ üçün imkanımız var və bunu dəyərləndirməliyik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Şkendiya” klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Şkendiya” sabah “Neftçi”ni qəbul edəcək.
Makedoniya təmsilçisinin baş məşqçisi matçdan öncə mətbuat konfransı keçirib: “Makedoniya futbolu adına yaxşı şans yaranıb və bundan yararlanmalıyıq. Xüsusilə, azarkeşlərdən dəstək gözləyirəm. İlk oyundakı nəticə bizim növbəti mərhələyə yüksəlmək şansımızı artırıb”.