Təcrübəli oyunçu “Parma” klubuna keçib.
Sabiq “Fənərbaxça”lı Bruno Alves İtaliyanın “Parma” klubuna transfer olub. Portuqaliyalı yeni komandası haqda danışıb:
“Yeni komandamda təcrübəmdən istifadə edərək gənc oyunçulara kömək olmaq istəyirəm. Getdiyim hər yerdə kapitanlıq sarğısı qolumda olub. Komanda yoldaşlarım məni qəbul etdikləri üçün onlara təşəkkür edirəm”.
İdmanxeber.az