Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi”nin hansı legionerlərlə yollarını ayırıb-ayırmayacağı hələ də sual olaraq qalır.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Flavinyo, Erik Ramos və Kaue da Silvanı komandada saxlayacağı dəqiqləşib.
Nikolas Kanales, Julius Vobay, Karlos Kardozo, Deniz Silva və Ernest Nforun isə komandada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək. Sözügedən futbolçuların komandayla müqaviləsi başa çatıb.