06 Oktyabr 2022
Kateqoriyasız

“Bu barədə fikir bildirə bilmərəm” – Qurban Qurbanov

“Çox vacib qələbə qazandıq. Hesabda irəli olsaq da, rəqib sürəti artırırdı. Oyunçularım belə sıx qrafikdə buna dözdülər və kiçik uğur qazandılar”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə qarşı qazanılan qələbənin (7:1) ardından keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis görüşdə poker edən Musa Qurbanlı barəsində də danışıb. O, gənc futbolçunun milliyə çağırılması üçün hazır olub-olmaması yönündəki suala belə cavab verib:

“Musa Qurbanlı ilk olaraq “Qarabağ”, daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarə ediciləri var. Bu barədə fikir bildirə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“İnsanlar əsl Qurban Qurbanovu tanımırlar” – Rəşad Sadıqov+Video

admin

“Şamaxı” yığma komandaya uduzdu

Səxavət Qurbanov

“Qəbələ” üçün Antalyada ilk sınaq

admin