“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller cari mövsümdəki ehtiyat skamyasında qalmasını şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu davamlı oynamamasını belə açıqlayıb:
“Heyətlə bağlı qərar vermək baş məşqçinin işidir. Oynamaq vaxtım olanda əlimdən gələni edirəm. Məşqlərdə mümkün qədər yaxşı çıxış etməyə çalışıram. “Bavariya”da şans yaradan çoxlu əla hücum oyunçuları var. Vəziyyət belədir, hamı nəyəsə dözməlidir. Nə qədər ki, biz qalib gəlirik, bu cür söhbətlərin heç bir mənası yoxdur.
Bədənim yaxşı işləyir və mən oynamağa hazıram. Meydanda hər saniyədən maksimum yararlanmağa çalışıram. İndiyə qədər çox şey yaxşı gedir”.