Dünya futbolu

Bu da “Liverpul”un yeni baş məşqçisi – RƏSMİ

“Feyenoord”un sabiq baş məşqçisi Arne Slot bundan sonra “Liverpul”un uğurları üçün çalışacaq.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı “Liverpul”un yeni baş məşqçisi olub. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. 

45 yaşlı təcrübəli mütəxəssisin müqaviləsi  2024-cü il iyunun 1-də qüvvəyə minəcək. O, “Liverpul”dan ayrılan Yurgen Kloppu əvəzləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43