“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.
Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.
Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.