Kateqoriyasız

Bu da “Qarabağ”ın yeni transferi

“Qarabağ”ın ötən gündən anonsunu verdiyi yeni transferinin adı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Braziliyanın “Koritiba” klubunun sabiq üzvü Kadi Borges Malinovskini heyətinə qatıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə sabah müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, braziliyalı futbolçu karyerasına “Koritiba”da başlayıb. O, müxtəlif illərdə Braziliyada “Londrina”, Portuqaliyada “Eştoril” kimi klublarda çıxış edib. Son olaraq Portuqaliya aşağı liqa təmsilçisi “Vilafrankuense” klubunda çıxış etmiş futbolçu başa çatan mövsümdə 4 oyunda forma şansı qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43