Kateqoriyasız

“Arsenal” Mxitaryanı Bakıya gətirib-gətirməyəcəyini rəsmən açıqladı

“Arsenal” futbolçusu Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək final matçına gətirməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

“Arsenal” futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur”.

Qeyd edək ki, “Arsenal” Avroliqanın finalında mayın 29-u “Çelsi” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43