21 Fevral 2024
Dünyadan

Bu da son: “Barselona”nın aparıcı üzvü “Çelsi”də

“Barselona”nın futbolçusu Ses Fabreqas karyerasını “Çelsi”də davam etdirəcək.

İdmanxeber.com “Marca”-ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Çelsi” ilə razılığa gəlib. O, London klubu ilə illik 10 milyon avro qazanacağı 4 illik müqaviləyə imza atacaq.

London klubu bu transfer üçün katalonlara 33 milyon avro ödəyəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43