“Flamenqo” “Qarabağ”dan Olavio Juninyo transferini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Braziliya mətbuatı forvardın Rio təmsilçisi ilə 2028-ci ilin sonuna qədər müqavilə bağlayıb. O, “Flamenqo”da 23 nömrəli formanı geyinəcək.
Xəbərdə qeyd olunub ki, bu keçidə üçün “Flamenqo” “köhlən atlar”a 5 milyon avro təzminat ödəyəcək.
2023-cü ilin yayından Ağdam klubunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub.