22 Oktyabr 2024
Kateqoriyasız

Bu da son: “Kəpəz” Juninyonu yola gətirə bilmədi

“Kəpəz” müqaviləsi başa çatan Junior Osvaldo ilə yollarını ayırıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi “sambaçı”ya yeni müqavilə təklif etsə də tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Belə ki, Juninyo məvacibinin atrırılmasını tələb etsə də, “Kəpəz” rəhbərliyi yarımmüdafiəçinin istədiyi məbləği ona verə bilməyəcəyini bildirib. 

Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitdiyi üçün, Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov,  isə müqaviləsi başa çatdığı üçün Gəncə təmsilçisini tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43