"İnter"in futbolçusu Ruslan Əmircanov komandadan ayrılıb.
İdmanxeber.com-a klubun mətuat xidmətindən verilən məlumata görə, Əmircanov "bankirlər"lə yeni müqavilə imzalamayıb.
Komandanın baş məşqçisi Kaxaber Sxadadze də Ruslanın komandadan ayrıldığını mətbuat konfransında rəsmən açıqlayıb.
Qeyd edək ki, Ruslanla "Xəzər Lənkəran" daha yaxından maraqlanır. Məhz futbolçunun Lənkərana gedəcəyi gözlənilir.