“Xəzər Lənkəran” və “Neftçi”nin sabiq üzvü Julius Vobayın yeni iş yeri bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Syerra Leone millisinin üzvü karyerasını Sloveniyada davam etdirəcək. O, sözügedən ölkənin “Olimpiya” klubu ilə anlaşıb. Bu gün rəsmi müqavilənin imzalanacağı gözlənilir.