08 Sentyabr 2024
Ölkə futbolu

Bu dəfə alınmadı – YENİLƏNİB

Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, IV turun ilk matçı Bakıda keçiriləcək.

Tofiq Bəhrəmov adına Respublika stadionunda "Qarabağ" Ukrayna "Dnepr"ini qəbul edəcək. 

Səfərdəki matçda minimal hesabla qalib gələn Ağdam klubu cavab matçında uduzmamaqla növbəti mərhələ şansını saxlayacaq. Qurban Qurbanovun yetirmələri Dnepropetrovski klubuna qalib gələcəyi təqdirdə xalını 7-yə çatdıracaq ki, bu halda da komandamızın qrupdan çıxmaq şansları daha da yüksək olacaq. 

"Qarabağ" qalib gələr, "Sent Etyen" "İnter"lə oyunda büdrəyərsə o zaman komandamızın 1/16 final şansları yüksələcək.

Avropa Liqası

6 noyabr

21:00. “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna) 1:2

Baş hakim: Pavel Qil

Baş hakimin köməkçiləri: Pyotr Sadçuk, Martsin Borkovski

Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Kjiştof Yakubik

Dördüncü hakim: Konrad Sapela (hamısı Polşa)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. T. Bəhramov adına Respublika stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43