Səudiyyə Ərəbistanda keçirilən “Əl Vahda” – “Dubay” matçında meydan sahiblərinin futbolçusu Sebastian Taqliabuenin “fair-pley” qaydalarına riayət etməməsi aranı qarışdırıb.
Belə ki, sözügedən oyunçu rəqib futbolçunun zədələnməsindən sonra topu meydanın kənarına çıxarmalı olsa da, bu, onu etməyib və topu qapıya göndərib. Beləliklə, bu qolla “Əl Vahda” hesabda 1:0 önə keçib.